İtaliyanın Milan şəhərindəki əsas hava limanı olan Malpensaya ölkənin sabiq Baş naziri Silvio Berluskoninin adı verilib.
İtaliyanın Milan şəhərindəki əsas hava limanı olan Malpensaya ölkənin sabiq Baş naziri Silvio Berluskoninin adı verilib. Hava limanının yeni rəsmi adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" kimi təsdiqlənib.
Ad vermə mərasimində İtaliya Senatının spikeri İnyatsio La Russa, xarici işlər naziri Antonio Tayani, nəqliyyat naziri Matteo Salvini, Lombardiya qubernatoru Attilio Fontana və mərhum siyasətçinin ailə üzvləri iştirak ediblər.
Berluskoninin adının əbədiləşdirilməsi ideyası 2024-cü ilin yayında nəqliyyat naziri Matteo Salvini tərəfindən ortaya atılıb. Təklif Milli Aviasiya Şurası (ENAC) və regional administrasiya tərəfindən dəstəklənib. Bununla belə, Milan bələdiyyəsi və ətraf ərazilərin yerli icmaları prosedur qaydalarının pozulduğunu iddia edərək məsələni məhkəməyə aparıblar.
Lombardiya Regional İnzibati Məhkəməsi bələdiyyələrin hava limanlarının adlandırılması məsələsinə müdaxilə etmək hüququnun olmadığını bildirərək iddiaları rədd edib. Qərar artıq hüquqi qüvvəyə minib.
Sərnişin sayına görə Malpensa Romanın Fumiçino hava limanından sonra İtaliyanın ikinci ən böyük aviasiya qovşağı hesab olunur.