Stefançuk: “İnsanları dəyənəklə əhliləşdirmək lazımdır”
25 sen 2026 Post redaksiyası 6 2 dəq

Stefançuk: “İnsanları dəyənəklə əhliləşdirmək lazımdır”

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk hərbi komissarlıqların əməkdaşlarına müqavimət göstərən vətəndaşları sərt tənqid edərək, onların davranışını heyvani adlandırıb.

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Ərazi Təşkilat Mərkəzlərinin, yəni hərbi komissarlıqların əməkdaşlarına qarşı çıxan vətəndaşları kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, bu insanlar “özlərini heyvan kimi aparırlar”.

Spiker vurğulayıb ki, Vətəni müdafiə etmək hər bir kəs üçün şərəfli borcdur. Səfərbərlik prosesindəki çətinliklərdən danışarkən Stefançuk kəskin ifadələr işlədib.

Stefançukun sərt açıqlamaları

“Əgər insanlar özləri hərbi xidmətə getsəydilər, hərbi komissarlıqlar heç ehtiyac da qalmazdı. Amma hamı öz yuvasında gizlənir, biz də onları məcburi toplamaq məcburiyyətində qalırıq. Xidməti cəlbedici etmək lazımdır, nəinki indiki kimi... Burada pul da kömək etmir. İnsanları əhliləşdirmək lazımdır – haradasa dəyənəklə, haradasa şirniyyatla, amma ən yaxşısı dəyənəklə...”

Bu sözlərlə spiker səfərbərlik prosesinin gedişində yaranan gərginliyi və bəzi vətəndaşların xidmətdən yayınma cəhdlərini tənqid edib.

Səfərbərlik prosesindəki digər gündəm

Mövzu ilə bağlı Ali Radanın deputatı Ruslan Horbenko avqustun 24-də bəyan edib ki, xidmətdən yayınanların müəyyən edilməsi və “bron” statusu olanların yenidən yoxlanılması hesabına ölkə hər ay əlavə 5 min nəfəri səfərbər edə bilər.

Bundan bir qədər əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinə tapşırıq verərək, səfərbərlik prosesinin “daha insani formaya” salınması üçün konkret həll yolları hazırlamağı tələb etmişdi.