Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Kohat şəhərində törədilən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Pakistana başsağlığı ünvanlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror hücumu nəticəsində həlak olanlarla bağlı bu ölkəyə başsağlığı verib. Məlumat nazirliyin "X" platformasındakı rəsmi hesabında yayılıb.
Paylaşımda Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis idarəsi kompleksinin hədəfə alındığı terror aktı sərt şəkildə qınanıb.
“Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis binası kompleksini hədəf alan terror hücumunu qətiyyətlə pisləyirik. Pakistan hökumətinə və qardaş Pakistan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir”
Sentyabrın 18-də Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında baş verən partlayış nəticəsində 31 nəfər həyatını itirib.