Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə dörd il yarım ərzində ilk dəfə üz-üzə gəlib.
Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüşüb. Bu, iki ölkənin xarici işlər nazirləri arasında dörd il yarımdan bəri ilk birbaşa təmas olub.
Nyu-Yorkdan yayılan görüntülərdə iki diplomatın bir-biri ilə salamlaşdığı və əl sıxdığı anlar əks olunub.
Məlumata görə, Lavrovun Almaniyanın xarici işlər naziri ilə əvvəlki görüşü 2022-ci il yanvarın 18-də baş tutub. O dövrdə Almaniya Xarici İşlər Nazirliyinə Annalena Berbok başçılıq edirdi.