"Neftçi" İdman Klubunun təşkilatçılığı ilə Sumqayıt Təlim-İdman Zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo turniri keçirilib.
"Neftçi" İdman Klubunun təşkilatçılığı ilə Sumqayıt Təlim-İdman Zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo üzrə yarış təşkil edilib. Yarışda 2015-2016-cı illər təvəllüdlü 100-ə yaxın gənc idmançı 7 çəki dərəcəsi üzrə medallar uğrunda mübarizə aparıb.
Yarışa start verilməzdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib.
Tədbirin təşkilində əsas hədəf Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq nümunəsini gənclərə çatdırmaq və yeniyetmələrdə vətənpərvərlik hissini gücləndirmək olub. Bununla yanaşı, turnir vasitəsilə istedadlı və perspektivli gənc idmançıların üzə çıxarılması, onların klubun seleksiya qruplarına cəlb edilməsi də nəzərdə tutulub.
Yarış həmçinin gənc cüdoçuların fiziki hazırlıq səviyyəsini qiymətləndirmək və onlara əlavə yarış təcrübəsi qazandırmaq baxımından əhəmiyyət daşıyıb.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Diplom, medal və xatirə hədiyyələri "Neftçi" İdman Klubu tərəfindən mükafatçılara təqdim olunub.
Tədbirdə şəhid ailələrinin üzvləri fəxri qonaq qismində iştirak ediblər. Qaliblərin mükafatlandırılması zamanı xüsusilə emosional anlar yaşanıb, mükafatları idmançılara klubun icraçı direktoru Fərəc Əliyev, klubun digər rəsmiləri və şəhid ailələrinin nümayəndələri birgə təqdim ediblər.
27 kq:
30 kq:
34 kq:
38 kq:
42 kq:
46 kq:
+46 kq: