Rubio: Razılaşma olmasa, İrana təzyiq artacaq
23 sen 2026 Post redaksiyası 3 1 dəq

Rubio: Razılaşma olmasa, İrana təzyiq artacaq

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla razılaşma əldə edilmədiyi təqdirdə Vaşinqton ölkəyə qarşı iqtisadi təzyiqlərini artırmaqda davam edəcək.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla razılaşma əldə edilmədiyi təqdirdə Vaşinqton ölkəyə qarşı iqtisadi təzyiqlərini artırmaqda davam edəcək. Diplomat bu fikirlərini BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsindəki çıxışında səsləndirib.

Rubio Birləşmiş Ştatlar prezidentinin sərəncamında bir sıra təsir vasitəsinin olduğunu xatırladaraq deyib:

“ABŞ Prezidentinin ixtiyarında müxtəlif variantlar var, o cümlədən artıq tətbiq edilən, yəni ciddi və getdikcə artan iqtisadi məhdudiyyətlər bura daxildir”

Tehranın cavabı

Bu açıqlamaya qarşılıq olaraq Tehran ABŞ ilə danışıqların yenidən başlaması üçün yeddi şərt irəli sürüb. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezai bildirib ki, ölkəsinin göndərdiyi mesaj “aydın və birmənalı”dır.

“İqtisadi İzoliyasiya” əməliyyatı

Xatırladaq ki, avqustun sonunda ABŞ İrana qarşı “İqtisadi İzoliyasiya” (Economic Outcast) adlanan genişmiqyaslı əməliyyata start verib. Bu çərçivədə Vaşinqton Tehranın gəlir mənbələrini məhdudlaşdırmağı hədəfləyir.

Eyni zamanda ABŞ İran neftinin alışı və daşınmasında iştirak edən üçüncü ölkə şirkətlərini ikinci dərəcəli sanksiyalarla hədələyir.