ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl bildirib ki, Vaşinqton və Kiyev Ukrayna ərazisində “Patriot” zenit-raket kompleksləri üçün raketlərin birgə istehsalı imkanlarını müzakirə edir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərə açıqlama verərək bildirib ki, Vaşinqton və Kiyev “Patriot” zenit-raket kompleksləri üçün raketlərin Ukrayna ərazisində birgə istehsalı imkanlarını müzakirə edirlər.
Ağ Evin rəsmi Yutub kanalında yayımlanan görüntülərdən görünür ki, ABŞ lideri bu təşəbbüsə müsbət yanaşır və tərəflər arasında razılaşmanın mümkünlüyünü istisna etmir.
“Biz bunu müzakirə edirik və indi də danışacağıq. Əgər görüşün sonunda yaxınlaşsaydınız, dəqiq cavabımız olardı, amma hazırda bu məsələni müzakirə edəcəyik”
Sentyabrın 19-da ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bildirmişdi ki, ölkəsi Ukraynaya “Patriot” raketlərini birbaşa ötürə bilmir. Onun sözlərinə görə, bunun səbəbi müttəfiq dövlətlər tərəfindən bu raketlərə olan tələbatın mövcud təklifi dəfələrlə üstələməsidir.
Səfir vurğulamışdı ki, problemin yeganə həlli həm Amerika Birləşmiş Ştatlarında, həm də Avropada istehsal həcminin artırılmasıdır. Onun sözlərinə əsasən, “Patriot” raketləri yüksək dəqiqlikli xüsusi texnologiya hesab olunur və xüsusilə özütuşlayan döyüş başlığı hissələrinin hazırlanması xeyli vaxt tələb edir.