Ayxan Abbasov: Litvaya qarşı güclü rəqiblə oynayacağıq
26 sen 2026 Post redaksiyası 6 2 dəq

Ayxan Abbasov: Litvaya qarşı güclü rəqiblə oynayacağıq

Azərbaycan milli futbol komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 1-ci turunda sabah Litva ilə keçiriləcək səfər qarşılaşması öncəsi komandanın hazırlığı barədə danışıb.

Milli komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşma öncəsi keçirilən mətbuat konfransında komandanın son günlərdəki hazırlığından danışıb. Onun sözlərinə görə, komanda Tacikistanla keçirilən yoxlama oyunundan sonra Litvaya gəlib və matça ciddi şəkildə hazırlaşıb.

“Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”.

Litva komandasının gücü

Abbasov rəqib komandanın uzun müddətdir birlikdə oynayan, yaxşı təşkilatlanmış futbolçulardan ibarət olduğunu vurğulayıb. O qeyd edib ki, Litva birinci turda qələbə qazanıb və heyətində Avropanın müxtəlif klublarında çıxış edən oyunçular var.

“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”.

Anım Günü ilə bağlı mesaj

Baş məşqçi sabahkı oyunun Azərbaycan üçün xüsusi məna daşıdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mövzu komanda üzvləri ilə artıq müzakirə olunub və oyun günü də davam etdiriləcək.

“Sabah bizim üçün əlamətdar gündür. Anım Günüdür. Bu gün burada olmağımızın səbəbkarları olan şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsində iştirak edən hər kəsə borcluyuq. Bu barədə futbolçularla danışığımız olub. Sabah yenə də söhbət edəcəyik”.

Xaybullayevin sağlamlıq vəziyyəti

Komandanın futbolçularından Xaybullayevin son durumu ilə bağlı sual cavablandıran Abbasov onun sağlamlığında ciddi problem olmadığını bildirib.

“Xaybullayevdə problem yoxdur. Yorğunluğu da var idi. Fikirləşdiyimiz heyətlə plan üzrə məşq edirik”.

Yeni vəzifə, tanış məsuliyyət

Jurnalistlərdən biri Abbasovdan soruşub ki, milli komanda üçün yeni mərhələ başlayır və sabahdan o, rəsmən vəzifəyə başlayaraq tam məsuliyyəti öz üzərinə götürəcək. Baş məşqçi bu məsuliyyətin özü üçün yeni olmadığını vurğulayıb.

“Milli komandadan olan gündən buna hazırıq. Burada olduğumuz ilk gündən məsuliyyətimizi dərk edirik. Biz işə U-21-də başlamışdıq. Fransa ilə oyundan öncə isə əsas millidə vəzifəyə gəldik. Yuxarı qalxmaq üçün çalışmaq lazımdır”.