"Expressbank" başqa banklardakı kredit öhdəliklərini özündə birləşdirmək istəyən müştərilərinə payız kampaniyası çərçivəsində 100 000 manatadək məbləğdə kreditlərə illik 5%-dək endirim təklif edir.
"Expressbank" payız mövsümü ilə bağlı yeni kredit kampaniyasını təqdim edib. Başqa banklarda kredit borcu olan və bu öhdəlikləri "Expressbank"da bir araya gətirmək istəyən şəxslər 100 000 manata qədər məbləğdə illik 5 faizədək endirimdən yararlana bilərlər.
Bu vəsaitdən toy xərcləri, mənzil təmiri və ya digər böyük məsrəflər üçün istifadə etmək mümkündür. Kreditin ödəniş müddəti 3 aydan 59 aya qədər müəyyənləşdirilə bilər.
Həmçinin müştərilərə kreditin əsas hissəsi üzrə ödənişlərdə 2 aylıq güzəşt müddəti verilir. Kampaniyanın tam şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı https://exb.az/payizteklifi ünvanından əldə etmək mümkündür.
"Expressbank" hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəran şəhərlərini əhatə edən 18 filial vasitəsilə fəaliyyətini davam etdirir.
Bankın təklif etdiyi məhsul və xidmətlər barədə www.expressbank.az internet səhifəsindən, 132 Məlumat Mərkəzindən, habelə "Instagram", "Facebook", "LinkedIn" və "Telegram" sosial şəbəkələrindəki rəsmi səhifələrindən məlumat almaq mümkündür.
"Expressbank" ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixli, №119 saylı lisenziyası əsasında fəaliyyət göstərir. Bankın hüquqi ünvanı Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C məkanındadır.