Uzun illər AzTV-də çalışmış aparıcı Ceyran Rəhimova yeni mövsümdə Space TV-nin efirinə çıxacaq.
Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra televiziya ekranlarına qayıdır. O, bu xəbəri öz sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Çəkiliş meydançasından fotosunu paylaşan aparıcı qısaca "Tezliklə" sözü ilə kifayətlənib.
Məlum olub ki, Ceyran Rəhimova yeni mövsümdə Space TV-nin efirində görünəcək.
Qeyd edilməlidir ki, Ceyran Rəhimova uzun illər AzTV-də fəaliyyət göstərib. O, xüsusilə "Sən bir nəğmə" verilişinin aparıcısı kimi geniş auditoriyaya tanış olub.