"Sevdiğim Sensin" serialındakı roluyla tanınan aktrisa Helin Kandemir ilə futbolçu Dorukhan Toköz bir aylıq ayrılıqdan sonra münasibətlərini yenidən qurmaq qərarına gəliblər.
Türkiyəli aktrisa Helin Kandemir və "Fatih Karagümrük" futbolçusu Dorukhan Toköz arasındakı sevgi hekayəsi yeni fəsilə qədəm qoyub. Cütlük qısa müddətlik ayrılıqdan sonra bir-birinə ikinci şans verib.
Keçən ay sosial media hesablarında ortaq fotolarını paylaşaraq münasibətlərini rəsmiləşdirən ikili, cəmi bir aydan sonra yollarını ayırmışdı. Onların Instagram-da bir-birini izləməkdən çıxması həmin dövrdə ayrılıq xəbərlərinə səbəb olmuşdu.
Lakin Helin Kandemir ilə Dorukhan Toközün küskünlüyü uzun sürməyib. Ötən həftə cütlüyün yenidən yaxınlaşdığı iddia edilib.
Sosial şəbəkələrdə etdikləri paylaşımlar və bir-birinin gönderilərinə buraxdıqları şərhlər, aralarındakı soyuqluğun aradan qalxdığını göstərir.