Naomi Kempbell Bakıda Flavio Briatore ilə görüntülənib
24 sen 2026 Post redaksiyası 4 1 dəq

Naomi Kempbell Bakıda Flavio Briatore ilə görüntülənib

Dünyaca məşhur model Naomi Kempbell Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda olarkən keçmiş sevgilisi Flavio Briatore ilə birlikdə görüntülənib.

56 yaşlı model Naomi Kempbell Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə Bakıda müşahidə olunub. Diqqəti çəkən məqam onun kimin yanında görüntülənməsi olub.

Keçmiş sevgili ilə görüş

Jurnalist Ali Eyüboğlu paylaşdığı məlumatda bildirib ki, model Bakıda 1998–2003-cü illər arasında münasibətdə olduğu 76 yaşlı italyan iş adamı Flavio Briatore ilə görüşüb. Briatore hazırda Formula 1-də çıxış edən "Alpine" komandasının rəhbərliyində təmsil olunan şəxslərdən biridir.

Səmimi anlar diqqətdən yayınmadı

Keçmiş cütlüyün Bakıda yan-yana, gülərüz və səmimi şəkildə görüntülənməsi izləyicilərin diqqətindən kənarda qalmayıb. Görüntülər sosial mediada geniş müzakirə mövzusuna çevrilib.