Bu gün saat 04:05-də Azərbaycanda astronomik payız fəsli rəsmən başlayıb, bu zaman gecə ilə gündüz bərabərləşib.
Bu gün saat 04:05-də ölkəmizdə astronomik payız fəslinə qədəm qoyulub. Həmin anda Günəş düz şərqdən doğaraq, düz qərbdə batıb, gecə ilə gündüzün müddəti isə bərabərləşib.
Bu hadisə zamanı Günəş ekliptika xətti boyunca hərəkət edərək ekvatoru kəsib. Bunun nəticəsində o, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib.
Məhz bu andan etibarən Şimal yarımkürəsində yerləşən ölkələrdə, o cümlədən Azərbaycanda, payız fəsli rəsmən başlayır. Eyni zamanda Cənub yarımkürəsində yaz fəslinin start götürdüyü bildirilir.
Mütəxəssislərin hesablamalarına görə, 2026-cı ildə astronomik payız fəsli 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək. Bu müddət 22 dekabr tarixində qış günəşduruşu ilə başa çatacaq.
Qış günəşduruşu baş verən andan etibarən Şimal yarımkürəsində astronomik qış fəsli, Cənub yarımkürəsində isə astronomik yay fəsli başlayacaq.