Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı zamanı Suriya Prezidenti Əhməd əl-Şaraanın telefonunda instaqram səhifələrinə baxdığı anlar kameraya düşüb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən tədbir zamanı diqqətçəkən görüntülər yayılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürsüdən çıxış edərkən, salonda oturan Suriya Prezidenti Əhməd əl-Şaraanın fərqli məşğuliyyəti kameraların obyektivinə düşüb.
Ərdoğanın nitqi davam etdiyi anlarda əl-Şaraa telefonunu əlinə götürərək instaqram səhifələrini nəzərdən keçirməyə başlayıb. Bu səhnə zalda olan kamera operatorları tərəfindən çəkilib.
Görüntülər qısa müddətdə sosial media istifadəçiləri arasında geniş yayılaraq müzakirə mövzusuna çevrilib. İstifadəçilər hadisəyə fərqli reaksiyalar bildiriblər.