Bakı şəhər halqasında keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tamaşaçı kimi qatılıb.
Bakı şəhər halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı canlı izləyirlər.
Dövlət başçısının mətbuat xidməti bu barədə məlumat yayıb.
Əsas sessiya saat 15:00-da başlayıb və saat 17:00-dək davam edəcək.