Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü açıqlanıb.
Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü bildirilir.
Mərhumun qardaşı Rasim Babayev bu barədə məlumat verib. Onun sözlərinə görə, Səadət Həsənova qətlə yetirilərkən üzərində olan bəzi qızıl-zinət əşyalarının sonradan yoxa çıxması hadisənin qarət məqsədilə törədildiyini göstərir.
Hadisəni törətməkdə şübhəli bilinən Qusar rayonunun Əvəncuq kənd sakini Kamran Seyidov artıq şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Məlumata görə, Kamran Seyidov Səadət Həsənovanı qətlə yetirdikdən sonra onun meyitini avtomobilə qoyaraq Qusar rayonunda meşəlik ərazidə, göl kənarına aparıb atıb.
Faktla bağlı araşdırma davam etdirilir.