İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran artıq Vaşinqtonla aparılan danışıqlara etibar etmir, çünki hər dialoq raundundan sonra yeni sanksiyalar və zərbələr həyata keçirilir.
İran dövlət başçısı Qətərin "Al Jazeera" telekanalına verdiyi müsahibədə bildirib ki, ölkəsi ABŞ ilə danışıqlar prosesinə inamını itirib. Onun sözlərinə görə, bunun səbəbi hər dialoqdan sonra yeni məhdudiyyətlərin və hücumların həyata keçirilməsidir.
Pezeşkian qeyd edib ki, hazırda İran ilə ABŞ arasında əlaqələr birbaşa deyil, Doha və İslamabadın vasitəçiliyi ilə qurulur. Dövlət başçısı Amerika tərəfini qarşılıqlı anlaşma memorandumu üzrə öz mövqeyini dəqiqləşdirməyə çağırıb.
Hər dialoqdan sonra hücumların və sanksiyaların təkrarlanması səbəbindən Vaşinqtonla danışıqlara artıq etibar etmirik. Hazırda iki ölkə arasında vasitəçilik rolunu Doha (Qətər) və İslamabad (Pakistan) həyata keçirir. ABŞ ilə qarşılıqlı əlaqələr anlama memorandumuna əsaslanır və Amerika administrasiyasını bu sənədlə bağlı mövqeyini dəqiq müəyyənləşdirməyə çağırıram
Bu bəyanatdan bir neçə gün əvvəl ABŞ Maliyyə Nazirliyi İranın aviasiya sahəsinə qarşı yeni sanksiya paketi elan edib. Sənədə əsasən, məhdudiyyətlər 27 şirkəti əhatə edib.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İran təyyarələrinə yanacaq verən, eniş xidməti göstərən və ya bilet satan hava limanları və şirkətlər dollar əməliyyatlarından kənarlaşdırılma riski ilə üzləşəcək.
Elan olunan sanksiyaların ardından İran aviaşirkətləri bir sıra ölkələrə uçuşlarını dayandırıb. Bu siyahıya aşağıdakı ölkələr daxildir:
Sentyabrın 24-də isə Birləşmiş Ərəb Əmirlikləri də İran təyyarələri ilə bağlı analoji qərar qəbul edib.