18 sentyabr Milli Musiqi Günü münasibətilə "BakuBus" şirkətinin sürücüləri musiqi ilə maraqlı çıxış nümayiş etdiriblər.
Milli Musiqi Günü münasibətilə "BakuBus" şirkətinin bir neçə sürücüsü birlikdə musiqi kompozisiyası ifa edib. Onların seçimi Elmira Rəhimovanın repertuarında məşhurlaşan "İntizar" ("Vəfadarım mənim") mahnısı olub.
Kompozisiyanın əsas ifaçısı kimi 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqov çıxış edib. Ona tar ilə 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, piano ilə isə 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət göstərib.
Sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya məxsus olan bu əsər zamanla ən çox Elmira Rəhimovanın ifasında tanınıb və sevilib.