Bərdəli itkin düşmüş Müşfiq Hacıyevin meyiti Ağdamda tapıldı
20 sen 2026 Post redaksiyası 5 1 dəq

Bərdəli itkin düşmüş Müşfiq Hacıyevin meyiti Ağdamda tapıldı

Bərdə rayonunun sakini Müşfiq Aqil oğlu Hacıyevin meyiti Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndindəki kəhriz quyusundan aşkarlanıb.

Bərdə rayonunda yaşayan Müşfiq Aqil oğlu Hacıyev bir neçə gün əvvəl evinə qayıtmayıb. Bunun ardınca onun ailəsi itkin düşmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Meyit hardan tapılıb

Aparılan axtarış tədbirləri nəticəsində Hacıyevin cansız bədəni Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisindəki bir kəhriz quyusunda aşkar olunub.

Məlum olub ki, itkin düşən şəxs Ağdam rayonunun azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi vəzifəsində çalışıb.

Araşdırma davam edir

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Onun ölüm səbəbləri hələ ki, dəqiqləşdirilməyib.