Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr Suverenlik Günü münasibətilə təbrik edib.
Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki rəsmi hesabından Azərbaycana təbrik mesajı yayımlayıb.
Nazirliyin paylaşımında qardaş ölkələr arasındakı bağlılığa toxunulub və Azərbaycanın uğurlarının Türkiyə üçün də önəmli olduğu vurğulanıb.
Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur! Azərbaycan Türkü qardaşlarımızın 20 Sentyabr Suverenlik Gününü ən səmimi arzularımızla təbrik edirik. Kökü ortaq tariximizə, gücü sarsılmaz qardaşlığımıza əsaslanan "Bir Millət, İki Dövlət" anlayışı ilə dünən olduğu kimi bu gün və sabah da çiyin-çiyinə olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Mesajda iki dövlət arasındakı əlaqələrin tarixi köklərə söykəndiyi və bu münasibətlərin gələcəkdə də davam edəcəyi bildirilib.