Cəlilabad rayon mərkəzində üç minik avtomobilinin iştirak etdiyi zəncirvari qəza baş verib, nəticədə 3 nəfər xəsarət alıb.
Cəlilabad rayon mərkəzində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzaya "VAZ-21099" və "Toyota Prius" markalı minik avtomobilləri qarışıb.
Məlumata görə, həmin iki avtomobil bir-biri ilə toqquşub. Zərbənin gücündən "Toyota Prius" markalı avtomobil hərəkətdən çıxaraq "VAZ-2107" markalı başqa bir nəqliyyat vasitəsinə çırpılıb.
Zəncirvari qəza nəticəsində 3 nəfər bədən xəsarəti alıb. Xəsarət alanlar 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir.
Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara həkim yardımı göstərilib.
Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri hələ ki, açıqlanmayıb.