Füzulidə "Mercedes" aşdı: 1 hərbçi öldü, 3 nəfər yaralandı
19 sen 2026 Post redaksiyası 2 1 dəq

Füzulidə "Mercedes" aşdı: 1 hərbçi öldü, 3 nəfər yaralandı

Füzuli rayonunun Mirzəcamallı kəndində "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, üç nəfər isə xəsarət alıb.

Füzuli rayonunda ağır yol-nəqliyyat qəzası qeydə alınıb. Hadisə ötən gün rayonun Mirzəcamallı kəndində baş verib.

Məlumata görə, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkət edərkən idarəetməni itirib. Bunun ardından nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisədə bir nəfər həlak olub

Qəza zamanı avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücü Səxavət Babayev, habelə 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu isə ağır xəsarətlər alaraq tibb müəssisəsinə çatdırılıblar.

Həlak olan və yaralananlar hərbçi olub

Verilən məlumata əsasən, qəzada həyatını itirən və xəsarət alan şəxslərin hərbi qulluqçular olduğu bildirilir.

Hadisə ilə bağlı hazırda müvafiq araşdırma aparılır.