Göygöl rayonunun Üçtəpə kəndində qətl hadisəsi baş verib, qadının öldürülməsində əri şübhəli bilinir.
Göygöl rayonunun Üçtəpə kəndində qadın həyatını itirib. Baş verən faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, qadının qətlində əri şübhəli hesab edilir.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma başladılıb. Hadisə ilə bağlı təfərrüatlar hələ ki açıqlanmır.