Gürcüstanın Marneuli rayonunda baş verən yol-nəqliyyat qəzasında azərbaycanlı sahibkar Namiq Qocayev həyatını itirib.
Gürcüstanın Marneuli rayonunda baş verən avtomobil qəzası ölümlə nəticələnib. Hadisə rayonda "Daş sexləri" adlanan ərazidə qeydə alınıb.
Qəzada Marneulidə fəaliyyət göstərən "JJB" restoranının sahibi və aşpazı Namiq Qocayev dünyasını dəyişib. Məlumata görə, sahibkar qəza anında avtomobildə tək olub.
İlkin araşdırmalara əsasən, Namiq Qocayevin idarə etdiyi avtomobil dirəyə çırpılıb. Bu toqquşma nəticəsində o, hadisə yerində həyatını itirib.
Hazırda qəza ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri hələ ki müəyyən edilməyib.