Rusiyalı reper Ciqan işçilərini girov götürüb atəş açdı
23 sen 2026 Post redaksiyası 5 2 dəq

Rusiyalı reper Ciqan işçilərini girov götürüb atəş açdı

Rusiyalı məşhur reper Ciqan Moskva vilayətindəki evində işçilərini girov götürüb, onlardan birinə atəş açıb. Hadisədən sonra reper müalicə üçün İsraildəki elit klinikaya göndərilib.

Tanınmış rusiyalı reper Ciqanın (əsl adı Denis Ustimenko-Vaynşteyn) Moskva vilayətindəki evində törətdiyi insident geniş müzakirələrə səbəb olub. Hadisə iyul ayında baş verib və reper bundan sonra müalicə üçün İsraildəki elit reabilitasiya klinikasına göndərilib.

Girov saxlama epizodu necə baş verib?

Şahidlərin sözlərinə görə, insident zamanı reper sərxoş vəziyyətdə olub. O, əlində pnevmatik silahla işçilərini qonaq otağında toplayıb və ətrafındakı hər kəsi düşmən elan edib.

Ciqan işçilərdən "cinayətlərini" etiraf etmələrini tələb edib. O, mühafizəçilərdən birini pedofiliyada ittiham edərək onu etiraf etməyə məcbur edib, ardınca isə pnevmatik silahdan atəş açaraq həmin şəxsi əlindən və ayağından yaralayıb.

Uşaqlar anaları ilə əlaqə saxlayıb

Reper işçilərini təxminən 10 saat ərzində evdə saxlayıb. Bu müddət ərzində Ciqanın uşaqları gizlicə anaları, bloqer Oksana Samoylovaya baş verənlər barədə xəbər veriblər.

O zaman İtaliyada olan Samoylova xəbəri alan kimi təcili hadisə yerinə gəlib. Kottec qəsəbəsinin mühafizə xidməti və reperin dostları da evə toplaşıb.

Nəticədə Ciqan yaxalanıb və müalicə almaq üçün İsrailə göndərilib. Zərərçəkənlər hadisə ilə bağlı polisə şikayət etməyiblər.

Müalicənin dəyəri 2 milyon rubl təşkil edir

Hazırda reper İsraildə müalicə kursu keçir. Bildirilir ki, kursun dəyəri təxminən 2 milyon rubl, yəni 40 min manat civarındadır.

Mütəxəssislər daha ciddi problemlər aşkar etsə, reabilitasiya müddəti uzadıla bilər. Ciqanın yaxın ətrafı hesab edir ki, müalicə kursu və İudaizmə göstərdiyi maraq onun Oksana Samoylova ilə barışıb ailəsini bərpa etmək cəhdi ola bilər.

Ailə tarixçəsi

Ciqan və Oksana Samoylova 2012-ci ilin dekabr ayında ailə həyatı qurub, lakin bu ilin aprel ayında boşanıblar. Cütlüyün üç qızı - Ariela, Leya və Maya, həmçinin bir oğlu - David var.