Qəzənfər Abdullayev Həmkarlar İttifaqından istefa verdi
24 sen 2026 Post redaksiyası 5 1 dəq

Qəzənfər Abdullayev Həmkarlar İttifaqından istefa verdi

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tutduğu vəzifədən istefa verib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən getmək barədə ərizə yazıb. Onun istefa müraciətinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də baxacaq.

Konfederasiyadan da bu məlumat rəsmi şəkildə təsdiqlənib.

İstefanın səbəbi

Açıqlamada bildirilib ki, Abdullayev sağlamlığı ilə bağlı yaranmış çətinliklər üzündən öz istəyi ilə vəzifədən ayrılmaq qərarına gəlib.

Mülklərlə bağlı yazılar

Bir müddət əvvəl mətbuatda Abdullayevin fəaliyyəti və ona məxsus olduğu iddia edilən milyonluq əmlaklar barədə materiallar yer alıb. Bu yazılar onun adının yenidən gündəmə gəlməsinə səbəb olub.

Qeyd olunub ki, Abdullayev eyni zamanda Naxçıvan Ali Məclisinin deputatı statusunu daşıyır.