Qazaxıstanda Xəzərdə faciə: 25 sentyabr matəm günüdür
24 sen 2026 Post redaksiyası 3 1 dəq

Qazaxıstanda Xəzərdə faciə: 25 sentyabr matəm günüdür

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı 25 sentyabr tarixini ölkədə milli matəm günü elan edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində baş verən faciə nəticəsində hərbi qulluqçuların həlak olması münasibətilə 25 sentyabr tarixini milli matəm günü elan edib. Bu barədə qərar dövlət başçısının mətbuat xidməti tərəfindən açıqlanıb.

Faciənin təfərrüatları

Hadisə yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizində keçirilən hərbi təlim zamanı baş verib. Güclü dalğalar nəticəsində 19 hərbçi suya düşərək aparılıb.

Məlumata əsasən, hərbçilərdən 9 nəfəri həlak olub, 3 nəfər isə xilas edilib. Qalan 7 hərbçinin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.