Son xəbər: Zakir Həsənov Zəfər parkında şəhidləri anıb
Naxçıvanın Kəngərli rayonunda "Renault Logan" markalı avtomobil yolda aşıb, nəticədə sürücü hadisə yerində həyatını itirib.
Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat qəzası qeydə alınıb. Hadisə Naxçıvan-Sədərək magistralının Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, "Renault Logan" markalı avtomobil idarəetmədən çıxaraq yolda aşıb. Qəza nəticəsində avtomobili idarə edən 1977-ci il təvəllüdlü Sadiq Fərrux oğlu Əsgərov hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb.