Bakının Suraxanı rayonundakı Əmircan qəsəbəsində abadlıq işləri çərçivəsində Bülbülə gölü ətrafında bir kilometrlik bulvar salınır.
Bakının Suraxanı rayonuna daxil olan Əmircan qəsəbəsində abadlıq və yenidənqurma işləri davam etdirilir. Göl ətrafında yaradılan mini parklardan birində quraşdırma işləri artıq başa çatdırılıb.
Bakı Abadlıq Xidməti 2020-ci ildən etibarən Əmircan qəsəbəsində iri həcmli abadlıq və yenidənqurma tədbirləri həyata keçirir. Bu işlərin tərkib hissəsi olaraq ərazidə bir sıra yaşıllaşdırma və istirahət zonaları formalaşdırılıb.
Görülən işlər arasında ən böyük əhəmiyyət kəsb edəni Bülbülə gölünün ətrafında salınacaq bulvar layihəsidir. Layihənin ilk mərhələsində gölün kənarı boyunca bir kilometr uzunluğunda bulvar qurulması nəzərdə tutulub.
Bu hissənin tikinti-quraşdırma işlərinin cari ilin sonunadək tamamlanması planlaşdırılır.