Vətən müharibəsinin başlamasından 6 il ötür və vətəndaşlar şəhidləri yad etmək üçün Hərbi Memorial Məzarlığa axışır.
Vətən müharibəsinin başlanmasından bu gün 6 il tamam olur. Həmin gündən bəri ölkə boyu şəhid ailələri və vətəndaşlar bu tarixi hər il xatırlayır, itkilərini yad edirlər.
Bu gün də çoxsaylı vətəndaş Hərbi Memorial Məzarlığa üz tutub. Onlar Vətən müharibəsində həlak olan şəhidlərin məzarları önündə baş çəkib, ehtiramlarını bildiriblər.
Fotoqraf Pərvin Zeynal Hərbi Memorial Məzarlıqda baş verən bu ziyarət anlarını obyektivə köçürüb. Çəkdiyi kadrlar vətəndaşların şəhidləri necə xatırladığını əks etdirir.