Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı şəhərində və Quba rayonunda apardıqları yoxlamalar zamanı yaşıllıqların qanunsuz kəsilməsi hallarını aşkarlayıblar.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı şəhərində və Quba rayonunda apardıqları yoxlamalar zamanı yaşıllıqların qanunsuz qırılması hallarını aşkarlayıblar.
Aparılan araşdırmaya görə, qanunsuz ağac kəsimi Bakının Nəsimi rayonunda, Bülbül prospekti 65C ünvanında, Suraxanı rayonunun Ramana qəsəbəsində və Quba rayonunun Çiçi kəndinin inzibati ərazisində baş verib.
Xidmətin hesablamalarına əsasən, bu üç faktla bağlı yaşıllıqlara ümumilikdə 225 740 manat məbləğində ziyan dəyib.
Hər bir halda ziyanın həcmi cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına təqdim olunub.