Cəlilabad rayonunun Sabrabad kəndində təmir zamanı qaldırıcı kranı idarə edə bilməyən kişi yük avtomobilinin altında sıxılıb qalıb, onu xilasedicilər çıxarıb.
Cəlilabad rayonunun Sabrabad kəndində yük avtomobili ilə bağlı təmir işi zamanı bədbəxt hadisə baş verib. Kənd sakini Xanhüseyn Abbasov "ZİL" markalı avtomobildə təmir aparark, qaldırıcı kranı buraxıb və avtomobilin altında sıxılıb qalıb.
Baş verən hadisə barədə məlumat aldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayonundakı xilasedici qüvvələri dərhal yerə yollanıb. Onlar xüsusi avadanlıqlardan istifadə edərək avtomobilin altında qalan kişini xilas ediblər.
Aparılan xilasetmə əməliyyatı nəticəsində Xanhüseyn Abbasov avtomobilin altından çıxarılıb. Məlum olub ki, o, hadisə zamanı yalnız yüngül bədən xəsarətləri alıb.