ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili və müşaviri Alina Habba türkiyəli iş adamı Turhan Mildonla ailə qurur. Toy mərasiminin bu həftəsonu Nyu-Yorkda keçiriləcəyi bildirilir.
ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili və müşaviri Alina Habba türkiyəli iş adamı Turhan Mildonla ailə həyatı qurur. Nyu-Yorkda bu həftəsonu keçiriləcəyi gözlənilən toy mərasimində Donald Trampın da iştirak edə biləcəyi bildirilir.
42 yaşında olan Alina Habba 2021-2024-cü illərdə Donald Trampın vəkili kimi çalışıb. ABŞ liderinin ikinci prezidentlik dövründə isə onun müşaviri vəzifəsini icra edib.
Bir müddət sonra Nyu-Cersi ştatının müvəqqəti federal baş prokuroru təyin olunan Habba bu səbəbdən müşavirlik postundan ayrılıb.
29 yaşlı Turhan Mildon ailəyə məxsus "Miller Holding" şirkətinin baş icraçı direktoru vəzifəsini tutur.
Bundan əlavə, o, Türkiyənin "Çorum" futbol klubunda vitse-prezident postunu icra edir.