İngiltərənin cənubunda yerləşən Barnem kəndinin sakinləri Böyük Britaniyanın tərkibindən çıxmaq məqsədilə referendum keçirməyi planlaşdırır. Bu addımın səbəbi hakimiyyətin keçmiş hərbi bazada qaçqınları yerləşdirmək niyyəti olub.
Saffolk qraflığındakı Barnem kəndinin sakinləri Böyük Britaniyadan ayrılmaq üçün rəsmi referendum təşkil etməyi düşünürlər. Təşəbbüsün əsas səbəbi hökumətin keçmiş “MoD Barnham” hərbi bazasında qaçqınları məskunlaşdırmaq planlarıdır.
Kənd şurasının sədri Con Buer bildirib ki, bu mövzuda söhbətləşdiyi heç bir yerli sakin miqrantların həmin əraziyə köçürülməsi ideyasını dəstəkləmir.
Əhalisi təxminən 600 nəfər olan Barnem, keçən həftə oxşar addım atan Oksfordşirdəki Piddinqton kəndinin yolunu izləyə bilər. Piddinqton sakinləri artıq Britaniyadan müstəqillik məsələsində qeyri-rəsmi referendum keçiriblər.
Sentyabrın 20-də Piddinqton kənd şurasının sədri Tim Maknelli açıqlama verərək bildirib ki, referendumda ayrılığa səs verən sakinlər rəsmi şəkildə ABŞ Prezidenti Donald Trampa müraciət edərək Birləşmiş Ştatlara qoşulmaq istəyəcəklər.
Bu müraciət hakimiyyətin yaşayış məntəqəsinin kənarında 1250 qaçqını yerləşdirmək planı həyata keçdiyi təqdirdə göndəriləcək.
Bir müddət əvvəl bəzi politoloqlar Böyük Britaniyanın yaxın illərdə parçalana biləcəyini proqnozlaşdırmışdılar. Barnem və Piddinqton kimi kəndlərdə yaranan ayrılıqçı əhval-ruhiyyə bu fikirlərlə üst-üstə düşür.