Salyanda "Audi" piyadanı vuraraq öldürdü
21 sen 2026 Post redaksiyası 4 1 dəq

Salyanda "Audi" piyadanı vuraraq öldürdü

Salyanın Alçalı kəndində yolu keçən piyadanı "Audi" markalı avtomobil vuraraq öldürüb.

Salyan rayonunda baş verən yol qəzasında piyada həyatını itirib. Hadisə köhnə Ələt-Astara magistralının Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Alçalı kənd sakini Nəcəf Hüseynov yolu keçmək istədiyi zaman "Audi" markalı avtomobilin təkəri altında qalıb.

Piyada hadisə yerində ölüb

İlkin araşdırmalara əsasən, zərbədən müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Nəcəf Hüseynov hadisə yerində dünyasını dəyişib.

Baş vermiş qəza faktı ilə bağlı hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır.