Amerika Birləşmiş Ştatlarının bir sıra televiziya kanalları Prezident Donald Trampın çıxışlarını səssiz rejimdə yayımlamağa başlayıb.
ABŞ-də fəaliyyət göstərən televiziya kanalları Prezident Donald Trampın çıxışlarını yayımlayarkən onun səsini kəsməyə başlayıb. Ekranda Amerika liderinin danışdığı görüntülər verilsə də, izləyicilər onun sözlərini eşitmir, yalnız arxa fon səsləri qeydə alınır.
Məlumatlara görə, bu vəziyyət heç bir texniki problemlə əlaqəli deyil.
Bildirilir ki, telekanalların bu addımı Ağ Evin qərarına qarşı bir növ cavab reaksiyasıdır. Belə ki, Donald Trampın administrasiyası müəyyən televiziya kanallarına Ağ Evdəki fəaliyyəti işıqlandırmağı qadağan edib. Media qurumları isə səsi kəsməklə bu məhdudiyyətə etiraz nümayiş etdirir.