ABŞ və İran Nyu-Yorkda danışıqlar masasına qayıtdı
23 sen 2026 Post redaksiyası 3 2 dəq

ABŞ və İran Nyu-Yorkda danışıqlar masasına qayıtdı

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran nümayəndə heyəti ilə keçirilən görüşün nəticələrini açıqlayıb və tərəflər arasında yaxın zamanda yeni razılaşma gözlədiyini bildirib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası zamanı ABŞ və İran nümayəndə heyətləri arasında görüş baş tutub. Danışıqlar təxminən üç saat davam edib.

Donald Tramp jurnalistlərə açıqlamasında görüşü

çox yaxşı
məhsuldar
adlandırıb. Prezident bildirib ki, ABŞ nümayəndə heyətinə xüsusi nümayəndə Stiv Uitkof, həmçinin kürəkəni Cared Kuşner daxil olub.

Tramp görüşdən sonra İranla əlaqələrin davam etdirildiyini vurğulayıb və razılaşmanın əldə ediləcəyinə inandığını bildirib. O həmçinin tərəflər arasında növbəti görüşün

çox tezliklə
keçiriləcəyini əlavə edib.

Əraqçi Uitkoflə görüşüb

İranın dövlət mediası da xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyası çərçivəsində Stiv Uitkofla görüşdüyünü təsdiqləyib. Bildirilib ki, bu görüş Uitkofun təşəbbüsü ilə təşkil olunub.

Görüş zamanı Tehran tərəfi strateji əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü şərtləri ABŞ nümayəndələrinə çatdırıb.

İranın tələbləri

İran tərəfinin əsas tələbləri aşağıdakılardır:

  • ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının dərhal aradan qaldırılması
  • Dondurulmuş İran aktivlərinin sərbəst buraxılması
  • Livan da daxil olmaqla, «müqavimət cəbhələri» adlanan bölgələrdə hərbi əməliyyatlara son qoyulması

İranın yüksəkvəzifəli rəsmi şəxsi bildirib ki, əgər ABŞ hərbi təzyiqi azaldıb İran limanlarına qarşı blokadanı ləğv etsə, Tehran yeddi gün ərzində Hörmüz boğazını yenidən aça bilər.

Bununla yanaşı qeyd olunub ki, İran nümayəndə heyəti Nyu-Yorkda diplomatik prosesi bərpa etmək üçün tam səlahiyyətlərə malikdir.