ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın təhlükəsizliyi ilə bağlı öhdəliklərin bir qismini Vaşinqtona ötürən sənəd imzalayıblar.
Üç ölkənin rəhbərləri Qrenlandiyanın müdafiə məsələlərində Amerika Birləşmiş Ştatlarına daha geniş səlahiyyət verən razılaşmaya qol çəkiblər. Sənədin imzalanması mərasimi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib və bu barədə rəsmi görüntülər Ağ Evin "YouTube" kanalında paylaşılıb.
Yeni razılaşma Vaşinqtona Qrenlandiyada hərbi mövcudluğunu dərhal genişləndirmək imkanı verir. Bu çərçivədə adada iki yeni hərbi baza inşa ediləcək.
İmzalanan sənəddə bir sıra mühüm şərtlər öz əksini tapıb:
Sentyabrın 19-da Donald Tramp ABŞ ilə Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinə nəzarətin Vaşinqtona ötürülməsi ilə bağlı razılığa gəldiklərini açıqlamışdı. Bununla belə, həm Danimarka, həm də Qrenlandiya rəhbərliyi adanın suverenliyinin ABŞ-yə verilmədiyini xüsusi qeyd edib.