Goranboyda piyadanı avtomobil vuraraq öldürüb
22 sen 2026 Post redaksiyası 6 1 dəq

Goranboyda piyadanı avtomobil vuraraq öldürüb

Goranboy rayonunda Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunda piyadanı avtomobil vurub, hadisə nəticəsində kişi hadisə yerində ölüb.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, 40-45 yaşlarında olduğu bildirilən kişini avtomobil vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, hadisədə həyatını itirən şəxs Şirvan şəhərinin sakini olub. Məlum olub ki, kişi öz avtomobilini yolun kənarında saxlayıb və yolu qarşı tərəfə keçmək istəyərkən qəzaya düşüb.

Hadisə yerində araşdırma aparılır

Qəza baş verən ərazidə vəziyyəti nizamlamaq üçün yol-polisi əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma başladılıb.