Xamenei yeni tədris ili münasibətilə müraciət yayıb
22 sen 2026 Post redaksiyası 2 2 dəq

Xamenei yeni tədris ili münasibətilə müraciət yayıb

İranın Ali Rəhbəri Müctəba Xamenei ölkədə yeni tədris ilinin başlanması münasibətilə şagird və tələbələrə müraciət ünvanlayıb. Müraciətdə bilik ilə əxlaqın birləşməsinin xarici təhdidlərə qarşı gücə çevrildiyi vurğulanıb.

İranın Ali Rəhbəri Müctəba Xamenei ölkədə yeni tədris ilinin başlanması münasibətilə şagird və tələbələrə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, hazırkı beynəlxalq şəraitdə, xüsusən ABŞ və İsrailin hərbi təzyiqlərinin artdığı bir vaxtda, elmin əxlaq və təqva ilə birləşməsi xalqları xarici təhdidlərdən qoruyan mühüm amilə çevrilir.

“Dünya sisteminin, xüsusilə ABŞ hökuməti və İsrailin hərbi hücumlarının tüğyan etdiyi bir dövrdə, təqva və əxlaqla birləşən bilikdən doğan güc təcavüzkarların əllərini bəşəriyyətdən kəsmək üçün polad sipər və iti qılıncdır”.

Gənclərə xüsusi çağırış

Xamenei müraciətində məktəblərə yeni qədəm qoyan nəsli əvvəlki illərdə eyni partalarda oturmuş, sonradan isə vətənin müdafiəsi uğrunda mübarizə aparan gənclərlə müqayisə edib.

“İndiki şagirdlər bir qədər əvvəl həmin məktəb partalarında əyləşən, indi isə vətənin və şərəfin müdafiəsi uğrunda müxtəlif cəbhələrdə izzət və iqtidar yaradan nəsillərin yolunu davam etdirirlər. Həmin qəhrəmanlar və onlardan əvvəl eyni sinif otaqlarında əyləşərək ölkənin əzəmət simvoluna çevrilən fədakar şəxsiyyətlər gənclər üçün əbədi mayak və örnək olacaqlar”.

Müraciətdə bu şəxsiyyətlərin yeni nəsil üçün daimi örnək rolunu oynayacağı bir daha vurğulanıb.