Son xəbər: Tramp: Kuba tamamilə iflas etmiş dövlətdir
Prezident İlham Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri gələn ildən başlayacaq.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasını ölkənin digər perspektivli bölgəsi kimi səciyyələndirib.
Dövlət başçısı qeyd edib ki, Naxçıvanda həm sovet illərində, həm də sonrakı dövrlərdə geoloji kəşfiyyat işləri kifayət qədər aparılmayıb. Bu səbəbdən bölgədə iri yataqların aşkarlanma ehtimalının yüksək olduğunu vurğulayıb.
“Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, - deyə Prezident əlavə edib.
Prezidentin sözlərinə görə, muxtar respublikada geoloji araşdırmaların önümüzdəki ildən start alması gözlənilir. Bu addım Naxçıvanın təbii sərvətlərinin daha dəqiq qiymətləndirilməsinə xidmət edəcək.