UEFA prezidenti Çeferin: “Futbol satılmır”
23 sen 2026 Post redaksiyası 5 1 dəq

UEFA prezidenti Çeferin: “Futbol satılmır”

UEFA prezidenti Aleksander Çeferin FİFA-nın kommersiya hüquqlarını özəl investorlara satmaq planına yenidən münasibət bildirib.

UEFA prezidenti Aleksander Çeferin FİFA-nın kommersiya hüquqları ilə bağlı planı barədə yeni açıqlama verib. İspaniyanın AS nəşrinə danışan Çeferin futbolun idarə olunmasında birlik və şəffaflığın önəmini qeyd edib.

“Bu oyunun gözəlliyi və ənənələri hamımızı onun xidmətçilərinə çevirir. Futbol onu oynayan, izləyən və həyatını ona həsr edən insanlara məxsusdur. Futbola olan inam üç prinsipə əsaslanır: birlik, şəffaflıq və azlığa deyil, çoxluğa xidmət edən idarəetmə”

İnam sarsılıb, bərpası vaxt alacaq

Çeferin bildirib ki, FİFA-nın kommersiya hüquqlarının bir qismini özəl investorlara vermək niyyəti dünya futbolunda güvəni zədələyib.

“Dünya futbolunun birliyini pozan layihə ləğv edilmiş ola bilər. Amma onun sarsıtdığı inam hələ bərpa olunmayıb. İndi bizim vəzifəmiz bu inamı geri qaytarmaqdır. Futbol satılmır. UEFA uzun illərdir bunu deyir”

FİFA-nın planı necə ləğv olunub

Qeyd olunub ki, FİFA əvvəllər, o cümlədən dünya çempionatı ilə bağlı aktivləri özəl investorlara satmağı nəzərdə tutub. Bu təşəbbüsə UEFA, Asiya Futbol Konfederasiyası və KONKAKAF etiraz edib, nəticədə layihə geri götürülüb.