Yuri Maksimov “Araz-Naxçıvan”a baş məşqçi təyin olundu
23 sen 2026 Post redaksiyası 4 1 dəq

Yuri Maksimov “Araz-Naxçıvan”a baş məşqçi təyin olundu

“Araz-Naxçıvan” futbol klubu yeni baş məşqçi təyin edib – bu vəzifəyə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib.

“Araz-Naxçıvan” klubu rəsmi açıqlama yayaraq bildirib ki, komandanın baş məşqçisi vəzifəsinə Yuri Maksimov təyin olunub.

Ukraynalı mütəxəssislə bağlanan müqavilə 2026-2027-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq.

Maksimov bu postda Cavid Hüseynovun yerini tutub.

Maksimovun “Keşlə” dövrü

Qeyd olunub ki, Yuri Maksimov 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (hazırkı “Şamaxı”) klubunun baş məşqçisi kimi çalışıb və həmin müddətdə komanda ilə Azərbaycan Kubokuna sahib olub.