"Şəfa" futbol klubu portuqaliyalı qapıçı Tiaqo Silva ilə müqavilə imzalayıb.
"Şəfa" futbol klubu yeni transferini rəsmi şəkildə açıqlayıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qapıçı Tiaqo Silva komandanın heyətinə qoşulub. 26 yaşlı portuqaliyalı futbolçu ilə 2026/27 mövsümünün sonunadək müqavilə bağlanıb.
Tiaqo Silva bundan əvvəl Azərbaycanın "Zirə" klubunda çıxış edib və həmin komandada 3 mövsüm keçirib. "Benfika" akademiyasının yetirməsi olan qolkiper Portuqaliyada isə "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.