Son xəbər: Deniz Baysal və Barış Yurtçu boşandı
Devid Bekhem son bir ilə yaxın müddətdə reklam müqavilələrindən 38 milyon funt-sterlinq, yəni təxminən 44 milyon avro qazanc əldə edib.
İngiltərə millisinin keçmiş futbolçusu və "İnter Mayami" klubunun ortaq sahibi Devid Bekhem, DÇ-2026 turnirinin fonunda imzaladığı sərfəli reklam sazişləri sayəsində ciddi gəlir qazanıb. Məlumata görə, onun əldə etdiyi məbləğ 38 milyon funt-sterlinqə, yəni təxminən 44 milyon avroya bərabərdir.
Bu vəsait Bekhemə şəxsi brendini idarə edən şirkət tərəfindən dividend şəklində ödənilib. Qeyd edək ki, futbolçu 2022-ci ildə həmin şirkətdəki payının 55 faizini satmış, qalan 45 faizlik hissəni isə özündə saxlamışdır.
Şirkətin son hesabatına əsasən, 2025-ci ildə ümumi mənfəət 50 milyon funt-sterlinq təşkil edib. Bu rəqəm Bekhemin biznes fəaliyyətinin son dövrdə xeyli genişləndiyini göstərir.
Bildirilir ki, Bekhem Dünya Çempionatı ərəfəsində cəmi 12 fərqli reklam kampaniyasında iştirak edib. Bu kampaniyalar onun brendinin dəyərini artırmaqla yanaşı, şirkətin maliyyə nəticələrinə də birbaşa təsir göstərib.