Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatı başa çatıb. Azərbaycanın kişi boksçulardan ibarət milli komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında ikinci yeri tutaraq tarixi nəticə göstərib.
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatına yekun vurulub. Baş məşqçisi Ravşan Xocayev olan Azərbaycanın kişi milli komandası qazandığı medalların sayı və əyarı baxımından rekord nəticə göstərib.
Yığmamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal toplayaraq komanda hesabında ikinci pillədə qərarlaşıb. Birinci yeri 5 qızıl, 2 gümüş medalla Rusiya komandası tutub, üçüncü sırada isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Ukrayna yerləşib.
Maraqlıdır ki, Azərbaycan boksçuları finallarda məhz Rusiya təmsilçilərindən iki dəfə məğlub olublar.
Kişi və qadın boksçuların birgə komanda hesablanmasında Azərbaycan yığması üçüncü pilləni tutub və bu nəticəyə görə xüsusi kuboka layiq görülüb. Bu reytinqdə 7 qızıl, 5 gümüş və 3 bürünc medalla Rusiya birinci, 4 qızıl, 1 gümüş və 5 bürünc medalla Türkiyə isə ikinci olub.
Komandamızın üzvü, Avropa çempionu adını qazanan Səidcəmşid Cəfərov çempionatın ən yaxşı boksçusu elan edilib.
Qeyd edək ki, çempionatda 43 ölkədən 406 idmançı mübarizə aparıb. Azərbaycan idmançılarından medal qazananların siyahısı belədir: