Füzuli rayonundakı Köndələn su anbarında “Mingəçevir Reqatası-2026” beynəlxalq avarçəkmə turnirinin açılışı və ilk yarış günü keçiriləcək.
“Mingəçevir Reqatası-2026” beynəlxalq avarçəkmə turnirinin açılış mərasimi və ilk yarış günü yenidən Füzuli rayonundakı Köndələn su anbarında baş tutacaq.
Yarışlarda Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edəcək. Gənc idmançılar Qarabağda ilk medallarını qazanmaq uğrunda mübarizə aparacaqlar.
Tədbir çərçivəsində uşaq və yeniyetmələr üçün xüsusi əyləncə proqramları təşkil olunacaq. Bundan əlavə, Köndələn su anbarında istənilən qonaq üçün avar çəkmək imkanı yaradılacaq.
Təşkilatçılar bildirir ki, bu tədbir sadəcə idman yarışı deyil, həm də Qarabağda qazanılan şanlı zəfərin dünyaya çatdırılması üçün bir vasitədir. Yarışları izləmək istəyən bütün maraqlılar tədbirə dəvət olunub.