Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Nazim Umbayev Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatında hakimlik edəcək.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda keçiriləcək böyüklər arasında cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri kimi çıxış edəcək.
Nazim Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik funksiyasını yerinə yetirən ilk azərbaycanlı hakimdir. O, bu təcrübəni ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən dünya çempionatında əldə edib və həmin turnirin hakimlər heyətinə daxil edilib.
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.