Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin ailəsində sevinc
21 sen 2026 Post redaksiyası 10 1 dəq

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin ailəsində sevinc

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin ilk övladı dünyaya gəlib.

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə ata olub. Onun ailəsində ilk övlad dünyaya göz açıb.

Kimdir Azər Abdullazadə

2001-ci il təvəllüdlü Azər Abdullazadə 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yara nəticəsində o, sağ gözünü itirərək qazi statusu alıb.

Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə ona Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib.