Bakıda keçirilən Formula 2 yarışlarının ilk sərbəst yürüşü başa çatıb, ən yaxşı nəticəni «Art Grand Prix» komandasının pilotu Kuş Maini göstərib.
Bakı şəhərində davam edən Formula 2 yarışlarının çərçivəsində ilk sərbəst yürüş tamamlanıb. Yürüşdə ən sürətli vaxtı «Art Grand Prix» komandasının idmançısı Kuş Maini qeydə alıb və birinci pillədə qərarlaşıb.
İkinci yeri «Rodin Motosport» komandasının pilotu Aleks Dann tutub. Üçüncü nəticə isə «Compas Racing» komandasının idmançısı Nikola Tsolova məxsusdur.
Bildirilir ki, Formula 2-dəki bu yürüşün ardından Bakıda Formula 1 üzrə ilk sərbəst yürüşün start götürməsi gözlənilir.